15 
Avq
2018
20:06
270
49
14254
Virtual karabakh

Millimizdən tarixi qələbə - FOTO

15 Avq, 2018
20:06
14254

Millimizdən tarixi qələbə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında millimiz ilk qələbəsini qazanıb.

Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ilk iki oyunda uduzaraq növbəti mərhələ şansını itirmiş debütant millimiz qrupun autsayderi olan Türkiyə ilə qarşılaşıb.

Oyundan öncə komandalar qardaşlıq rəmzi olaraq birgə şəkil çəkdiriblər. Bundan sonra matça start verilib.

Millimizin üstünlüyü şəraitində keçən matçda komandamız 6:2 hesabı ilə qələbə qazanıb. 

Yığmamızdan qolları Asif Zeynalov (1-ci dəqiqə), Seymur Məmmədov (17, 18, 31), Vüsal İsayev (38) və Elvin Əlizadə (40) vurublar. Türklərdən isə qol müəllifi Kaan Çamkır (18, 27) olub.

Bununla da millimiz minifutbol üzrə Avropa çempionatında ilk qələbəsini qazanmaqla tarixə düşüb.

Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 20:00-da qrupda sonuncu görüşünü keçirəcək. Rəqib Serbiya millisi olacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri