16 
Avq
2018
23:52
30
112
4001
Virtual karabakh

Yığmamız Avropa çempionatında sonuncu oyununu keçirdi

16 Avq, 2018
23:52
4001

Yığmamız Avropa çempionatında sonuncu oyununu keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün minifutbol üzrə Avropa çempionatında millimiz qrupda sonuncu matçını keçirib.

Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, öncədən növbəti mərhələyə çıxmayacağı dəqiqləşmiş yığmamız Serbiya ilə görüşüb və 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnirdə debüt edən yığmamız bundan əvvəl Macarıstana 0:1, Çexiyaya 1:2 məğlub olub, Türkiyə millisinə 6:2 hesabı ilə qalib gəlib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri