18 
Avq
2018
14:02
206
33
3656
Virtual karabakh

Dünya və Avropa çempionları Qazaxa gedib

18 Avq, 2018
14:02
3656

Dünya və Avropa çempionları Qazaxa gedib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar təlim-məşq toplantıları davam edir. 

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Federasiyadan bildirilir ki, məşqlərə böyük diqqət var. Hətta Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da idmançılarla görüşüb. O, təlim-məşq toplantılarının Qazaxda keçirilməsinin, Dünya və Avropa çempionlarının rayona gəlişinin onlar üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb. 

Keçirilən təlim-məşqlər barədə məlumat verən Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov qeyd edib ki, toplantıları avqustun 25-dək davam edəcək:

“Avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir”.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri