19 
Avq
2018
21:06
537
28
7590
Virtual karabakh

Cüdoçumuz Avropa çempionu oldu - FOTO

19 Avq, 2018
21:06
7590

Cüdoçumuz Avropa çempionu oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Oxu.Az-ın xəbərinə görə, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub.

Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri