19 
Avq
2018
21:35
127
44
3075
Virtual karabakh

“Neftçi” Premyer Liqanın vahid lideri olub - VİDEO

19 Avq, 2018
21:35
3075

“Neftçi” Premyer Liqanın vahid lideri olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugün Azərbaycan Premyer Liqasında mərkəzi oyununda "Qəbələ" və "Neftçi" üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin meydanında - "Dalğa Arena"da keçirilib.

Oxu.Az xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb (2:1). Oyuna hücumlarla başlayan paytaxt komandası 36-cı dəqiqədə hesabda irəli çıxıb - 1:0. Qonaqların müdafiəçilərinin kobud səhvindən istifadə edən Baqali Dabo keçmiş komandasının qapısına qol vurub.

Fasilədən sonra da matç "ağ qaralar"ın hücumları şəraitində keçib. Rəqib komandanın müdafiəsinin səhvindən yararlanan Qoran Paratskinin ötürməsindən sonra Dario Frederiko 48-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmanın sonlarında "Qəbələ"nin futbolçusu Rauf Əliyevin vurduğu qol sayəsində hesab arasındakı fərq azalıb - 2:1.

Beləliklə, paytaxt komandası bu mövsüm çempionatda ikinci qələbəsini qazanaraq, turnir cədvəlinin vahid lideri olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri