27 
Avq
2018
12:09
326
32
11512
Virtual karabakh

Şəhriyar Məmmədyarov: Bezmişəm, yorulmuşam!

27 Avq, 2018
12:09
11512

Şəhriyar Məmmədyarov: Bezmişəm, yorulmuşam!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsenlə beş saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacağam. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb.

Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib: 

“Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım, deyim ki pul!

Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyf, amma şahmat belə məni bezdirir! Yorulmuşam!

Sabah yenə oynamaq lazımdır! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyf ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. O zaman isə bu söhbətlər, sadəcə, mənasız olacaq. Təşəkkürlər diqqətə görə”.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri