18 
Sen
2018
13:36
54
34
3190
Virtual karabakh

“Səbail” – “Zirə” matçının nəticəsi ləğv olundu

18 Sen, 2018
13:36
3190

“Səbail” – “Zirə” matçının nəticəsi ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə”yə texniki məğlubiyyət verib.

Oxu.Az xəbər verir ki, “Səbail” – “Zirə” matçında qonaq komandanın heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. 

“Zirə” protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə oyunun nəticəsi (1:1) ləğv edilib və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan əlavə, Premyer Liqanın IV turunun “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra qonaq komandanın azarkeşləri baş hakimin son saniyələrdə təyin etmədiyi penaltiyə görə meydançaya kənar əşyalar atıb. Bu üzdən Sumqayıt klubu 1600 manat cərimə olunub.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri