21 
Sen
2018
18:14
19
9
2452
Virtual karabakh

Millimizin üzvü Kataloniya klubunda – FOTO

21 Sen, 2018
18:14
2452

Millimizin üzvü Kataloniya klubunda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək basketbol millimizin (U-20) üzvü Əkbər Məmmədov İspaniyada legioner karyerası yaşayacaq.

Oxu.Az xəbər verir ki, 1999-cu il təvəllüdlü basketbolçumuz İspaniyanın Kataloniya bölgəsini təmsil edən “Arenis” klubuna keçib.

“Arenis” klubu Məmmədovun İrana yaxın Cəlilabad rayonunda doğulduğunu və onun 2018/19 mövsümündə gənclər komandasının açar üzvlərindən biri olacağını qeyd edib. Həmçinin “Arenis” klubu azərbaycan dilində idmançımıza “Kataloniyaya xoş gəlmisiniz” yazmağı da unutmayıblar.

Arenys Bàsquet adlı şəxsin şəkli.

Qeyd edək ki, Əkbər Məmmədov Bolqarıstanda keçirilmiş U-20-lərin Avropa çempionatında 16 xal və 12 ribaundla yadda qalıb. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri