24 
Sen
2018
13:00
118
29
4273
Virtual karabakh

“Arsenal”ın daha bir futbolçusu Bakıya gəlməyə bilər

24 Sen, 2018
13:00
4273

“Arsenal”ın daha bir futbolçusu Bakıya gəlməyə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubunun daha bir müdafiəçisi UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oktyabrın 4-də Bakıda keçiriləcək matçda “Qarabağ”a qarşı oynamaya bilər.

Oxu.Az xəbər verir ki, yunanıstanlı Sokratis Papastatopulos İngiltərə Premyer Liqasının “Everton”la keçirilən qarşılaşmasında (2:0) zədə alıb.

Dortmund “Borusiya”sının sabiq mərkəz müdafiəçisi dizindən zədə aldığı üçün 39-cu dəqiqədə yerini Rob Holdinqə verməli olub. Onun zədəsinin nə qədər ciddi olduğu barədə həkimlər bu gün qəti söz söyləyəcək.

Qeyd edək ki, “Arsenal”da bundan əvvəl digər müdafiəçilərin “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşmişdi. London klubunun fransalı kapitanı Loran Kosyelni və bosnak əsilli almaniyalı sol cinah müdafiəçisi Sead Kolaşinatsın, o cümlədən gənc yarımmüdafiəçi Enzli Meytlənd-Naylzın Bakıya gəlməyəcəyi dəqiqdir. Həmçinin erməni futbolçu Henrix Mxitaryanın da topuq nahiyəsində zədəsi var.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri