25 
Sen
2018
12:09
43
217
3354
Virtual karabakh

Cüdo üzrə DÇ: Daha bir medal ümidimiz puç oldu

25 Sen, 2018
12:09
3354

Cüdo üzrə DÇ: Daha bir medal ümidimiz puç oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən dünya çempionatı ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kostoyev elə ilk görüşündə uduzub.

Osetin legionerimiz isveçli Yoaxim Dvarbinin saxlama fəndi qarşısında aciz qalıb.

2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin Avropa çempionatında himnimizi səsləndirmiş Elmar Qasımov isə 1/32 finalda İsveçi təmsil edən Martin Patsekə və 1/16 finalda monteneqrolu Danilo Pantiçə qalib gəlib. Lakin Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçısı 1/8 finalda gürcüstanlı Varlam Lipartelianiyə ipponla uduzub.

Qeyd edək ki, sabah fərdi yarışlarda son gündür. İki legionerimiz – kişilərdə gürcüstanlı Uşanqi Kokauri (+100 kq) və qadınlarda ukraynalı İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri