28 
Sen
2018
18:19
29
389
4344
Virtual karabakh

Ermənilər Mxitaryanın Bakıya getməli olduğu qənaətindədir

28 Sen, 2018
18:19
4344

Ermənilər Mxitaryanın Bakıya getməli olduğu qənaətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan millisinin sabiq qolkiperi, hazırda həmin yığmanın qapıçılar üzrə məşqçisi işləyən Roman Berezovski və yunan-Roma üzrə Olimpiadanın gümüş mükafatçısı Miqran Arutyunyan “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın “Qarabağ”la oyun üçün Bakıya getməli olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, Berezovski Mxitaryanı Bakıda heç bir təhlükənin gözləmədiyini qeyd edib:

“Henrix qərar verməlidir ki, gedəcək, ya yox. İstənilən halda özü və UEFA qərar verəcək. Fikrimcə, Bakıda təhlükəsizlik olacaq”.

2015-ci ildə Avropa Oyunları zamanı Bakıda güləşmiş Miqran Arutyunyan da Mxitaryana Azərbaycana getməyi məsləhət görüb: 

“Henrixin belə bir imkanı varsa, birmənalı şəkildə ora uçmalıdır. Mən də Dağlıq Qarabağda olmuşam, nə olsun ki? Çətinlik olmayıb, Bakıya uçmuşam. Düzdür, Bakını avtobusla Olimpiya kəndinə kimi görmüşəm. Yarışlar zamanı təbii olaraq mənə təzyiq vardı. Ancaq inanın ki, bu, əhval-ruhiyyəmə heç təsir etmirdi.

Azərbaycanlılara yaxşı yanaşıram”.

MMA döyüşçüsü Eduard Vartanyan da eyni cür düşünür:

“Əgər təhlükəsizliyi təmin edirlərsə, niyə Mxitaryan Bakıya getməsin? Miqran Arutyunyan Bakıya Avropa Oyunlarına gedəndə də belə oldu. O güləşdi və normal çıxış etdi. Erməni komandasının təhlükəsizliyi təmin edildi, xüsusi problem yaşanmadı. Henrixin yerində olsam, oyuna gedərdim”.

Qeyd edək ki, “Qarabağ” Bakı Olimpiya Stadionunda oktyabrın 4-də “Arsenal”la qarşılaşacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri