Okt
2018
15:06
92
42
2524
Virtual karabakh

Akinfeyev Rusiya millisindən getdi

1 Okt, 2018
15:06
2524

Akinfeyev Rusiya millisindən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qapıçı İqor Akinfeyev Rusiya millisindən getdiyini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, milli komandanın sabiq kapitanının müraciəti Rusiya Futbol Birliyinin saytında dərc edilib. 

“Hər bir tarixin əvvəli və axırı var. Mənim də milli komandadakı tarixim sona çatıb. Mənim üçün dünya çempionatında Rusiya yığmasının kapitanı kimi meydana çıxarmaq böyük şərəf idi.

Düzünü desəm, bunu heç arzu etmirdim. Ancaq bu, baş verdi və ola bilsin ki, karyeramın pik nöqtəsi idi”, - Akinfeyev bildirib. 

32 yaşlı Akinfeyev 2004-cü ildən Rusiya millisində çıxış etməyə başlayıb. O, Rusiya yığması ilə birlikdə 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri