Okt
2018
11:30
161
916
25418
Virtual karabakh

Nurməhəmmədova sərt cəza: bir daha UFC-də döyüşməyə bilər

7 Okt, 2018
11:30
25418

Nurməhəmmədova sərt cəza: bir daha UFC-də döyüşməyə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyna Uayt deyib.

“Həbib cərimələnə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onu çempionluq titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz”, - Uayt bəyan edib.

UFC prezidenti həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqorun komandasının nümayəndələri arasında kütləvi dava Las-Veqasda UFC 229 turnirinin əsas döyüşündən sonra baş verib. 

Nurməhəmmədov oktaqondan kənara keçib irlandiyalının nümayəndəsinin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri