Okt
2018
23:44
570
31
5960
Virtual karabakh

Olimpiadanın ilk günündə Azərbaycan qızıl medal qazandı – YENİLƏNİB

7 Okt, 2018
23:44
5960

Olimpiadanın ilk günündə Azərbaycan qızıl medal qazandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinanın paytaxtı Buenos Ayresdə start götürən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ilk günü Azərbaycan üçün yaxşı başlayıb.

Oxu.Az xəbər verir ki, cüdoçumuz Vüqar Talıbov (66 kq) finalda rusiyalı rəqibini ippona salaraq Azərbaycana qızıl medal qazandırıb.

22:51

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürüb. 

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan Olimpiya komandasından cüdo, stolüstü tennis, idman gimnastikasi və taekvondo idman növləri üzrə idmançılar mübarizəyə qoşulub. 

Cüdo yarışlarında 44 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova VII olub. 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə Yəmən, Tacikistan və Dominikandan olan rəqiblərini məğlub edərək finala çıxıb və özünə azı gümüş medalı təmin edib. Onun finaldakı rəqibi rusiyalı Abrek Naquçev olacaq.

Qeyd edək ki, III dəfə keçirilən bu Olimpiadada 17 idmançımız mübarizə aparır.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri