Okt
2018
15:49
111
22
3326
Virtual karabakh

Rusiya millisinin futbolçuları saxlanılıb

9 Okt, 2018
15:49
3326

Rusiya millisinin futbolçuları saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin, “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Ren” TV mənbəyə istinadla məlumat yayıb. 

Məlumatlara görə, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak edib. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Daha sonra onlar Moskvadakı kafelərdən birinə gedib və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysin ilə dalaşıb. Kokorin Paka stulla zərbə endirib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri