11 
Okt
2018
15:13
160
30
4474
Virtual karabakh

Şəhriyar Məmmədyarov özünə brendmeyker tapdı

11 Okt, 2018
15:13
4474

Şəhriyar Məmmədyarov özünə brendmeyker tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə ay öncə məşhur şahmatçımız Şəhriyar Məmmədyarovun sosial media hesabından sponsor məsələsi ilə bağlı paylaşdığı status gündəm mövzusuna çevrilmişdi.

Oxu.Az xəbər verir ki, həmin statusunda sponsorsuzluqdan gileylənmiş Məmmədyarov artıq bu problemin həlli yönündə irəliyə doğru daha bir addım atıb.

O, internet texnologiyası sahəsində fəaliyyət göstərən agentliklərdən biri ilə razılığa gəlib. Həmin agentliyin 25 yaşlı sahibi Fərid Məhərrəmli öz şəxsi “Instagram” hesabında “Grand Master Shakhriyar Mammedyarov and his new brandmaker” (Qrossmeyster Şəhriyar Məmmədyarov və onun yeni brendmeykeri) başlığı altında birlikdə olan şəklini paylaşıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun meneceri sponsorluq müqaviləsinə görə ilinə 500 min manat verilməsini istəyirdi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri