11 
Okt
2018
16:35
146
38
3321
Virtual karabakh

Şəhriyar Məmmədyarovun brendmeykeri: Onun şəxsi geyimi, saytı olacaq

11 Okt, 2018
16:35
3321

Şəhriyar Məmmədyarovun brendmeykeri: Onun şəxsi geyimi, saytı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Şəhriyar Məmmədyarov özünə brendmeyker tapıb.

Oxu.Az brendmeyker funksiyasını yerinə yetirəcək agentliyin kreativ direktoru vəzifəsini daşıyan Fərid Məhərrəmli ilə əlaqə qurub.

25 yaşlı Məhərrəmli Şəhriyarla əməkdaşlığa hələ Batumidə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasından əvvəl başladıqlarını bildirib:

“Şəhriyar Məmmədyarovun məsələsi gündəmə çıxandan mən də araşdırma aparmışdım. Onun sosial şəbəkədəki hesablarını Maqnus Karlseninki ilə müqayisə etmişdim. Bunu sosial şəbəkədə paylaşmışdım. Bir çox adamlar bu postumu paylaşmışdı. Belə oldu ki, həmin araşdırma postum Şəhriyar Məmmədyarovun menecerinə də gedib çatdı.

O adam mənimlə görüşmək istədiyini bildirdi. Sonra onun meneceri və Şəhriyar bəyin özü ilə görüşdüm. Qərara gəlindi ki, bu proseslərə başlayaq. Bu, uzunmüddətli proses olacaq. Əməkdaşlığımız konkret müddəti əhatə etməyəcək. Görəcəyimiz işlər pulsuz həyata keçiriləcək”.

Fərid Məhərrəmli Şəhriyar Məmmədyarovla əməkdaşlıq çərçivəsində hansı işləri görəcəklərindən də danışıb:

“Mənim şəxsi marketinq və IP şirkətim də var. Həmin şirkət agentliyimizlə birgə onun şəxsi brendinqi ilə bağlı bütün işləri görəcək. Bütün çalışmalarımız daha çox qlobal bazar üçün hesablanıb. Onun “Instagram” hesabının inkişafı, şəxsi vebsaytının olması, reklam çarxlarının çəkilməsi, şəxsi geyimdən istifadə olunması bu kimi işlərə aiddir”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri