11 
Okt
2018
23:04
230
34
6459
Virtual karabakh

Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

11 Okt, 2018
23:04
6459

Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev iki ay müddətinə həbs olunub.

Oxu.Az xəbər verir ki, hər iki futbolçu dekabrın 8-dək həbsdə qalacaq.

Qeyd edək ki, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Sonra isə onlar Moskvadakı kafelərdən birinə gediblər və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysinlə dalaşıblar. Kokorin Paka stulla zərbə endirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri