19 
Okt
2018
20:30
28
67
5417
Virtual karabakh

“Köhlən atlar” “neftçilər”ə çata biləcəkmi? - PREVYU

19 Okt, 2018
20:30
5417

“Köhlən atlar” “neftçilər”ə çata biləcəkmi? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, tura Qəbələdəki görüşlə start veriləcək.

Heç də yaxşı günlərini yaşamayan “Qəbələ” lider “Neftçi”ni sınağa çəkəcək. Böyük ehtimalla, bu, Qəbələ klubunun baş məşqçisi Sənan Qurbanov üçün özünə klub rəhbərliyi qarşısında bəraət qazandırmaq üçün son şanslardan biri olacaq. Amma təbii ki, “Neftçi” də səfərdə oynamasına baxmayaraq, liderliyi “Qarabağ”a verməmək üçün rəqibdən xal almağa çalışacaq.

Son illərin dəyişməz çempionu olan “Qarabağ” isə “Azərsun Arena”da “Səbail”i qəbul edəcək. Aydın məsələdir ki, “Qarabağ” oktyabrın 25-də Bakı Olimpiya Stadionunda Avropa Liqasında Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacağından, bu görüşə yarımehtiyat qüvvə ilə çıxacaq. Üçüncü pillədə olan “Səbail” isə məhz bu amildən öz xeyrinə yararlanmağa və bununla da Ağdam təmsilçisi ilə xal fərqinin böyüməməsinə çalışacaq.

Oktyabrın 21-də keçiriləcək görüşlər isə daha çox turnir cədvəlinin aşağı pillələri üçün önəmlidir. Belə ki, həmin gün autsayderlər – “Keşlə” və “Zirə” üz-üzə gələcək. Premyer Liqadakı mübarizədən qopmamaq üçün bu, tərəflər üçün vacib görüş adlandırıla bilər.

Turun son görüşü olan “Sumqayıt” – “Sabah” oyunu isə eyni xala malik və Avropa Liqasına düşmək üçün mübarizə aparan iki komandanın oyunu kimi səciyyələndirilə bilər.

Azərbaycan Premyer Liqası

VIII tur

20 oktyabr

17:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu. Baş hakim: Rəhim Həsənov

19:00. “Qarabağ” – “Səbail”
“Azərsun Arena”. Baş hakim: Rəvan Həmzəzadə

21 oktyabr

17:00. “Sumqayıt” – “Sabah”
“Bayıl Arena”. Baş hakim: İnqilab Məmmədov

19:00. “Keşlə” – “Zirə”
“ASK Arena”. Baş hakim: Əliyar Ağayev

Turnir cədvəli

1. “Neftçi” 7 oyun 19 xal
2. “Qarabağ” 6 oyun 16 xal
3. “Səbail” 7 oyun 10 xal
4. “Sumqayıt” 7 oyun 10 xal
5. “Sabah” 7 oyun 10 xal
6. “Qəbələ” 7 oyun 5 xal
7. “Zirə” 7 oyun 4 xal
8. “Keşlə” 6 oyun 2 xal

Bombardirlər: Marko Deviç (“Sabah”) – 5 qol, Baqaliy Dabo (“Neftçi”), İnosent Emeqara (“Qarabağ”) – hər ikisi 4 qol.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri