20 
Okt
2018
11:00
156
53
22748
Virtual karabakh

UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

20 Okt, 2018
11:00
22748

UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.

Oxu.Az xəbər verir ki, o, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub:

“Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri