20 
Okt
2018
23:58
463
54
11054
Virtual karabakh

Azərbaycan kikboksçuları AÇ-dən yeddi medalla qayıdır - FOTO + YENILƏNIB

20 Okt, 2018
23:58
11054

Azərbaycan kikboksçuları AÇ-dən yeddi medalla qayıdır - FOTO + YENILƏNIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Slovakiyanın paytaxtı Bratislavada keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatı başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu gün finalda yarışan dörd idmançımızın hamısı uduzub. Belə ki, Ramal Aslanov Rusiyanı təmsil edən Turqay Məmmədova, Əsgər Rəhimov ukraynalı Sergey Qerasimenkoya, Elxan Əliyev rusiyalı Alimpaşa TambiyevəBəhram Rəcəbzadə Xorvatiya idmançısı Antonio Plazibata uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, kikboksçularımız vətənə yeddi medalla qayıdır. Gümüş medal qazanan idmançılarımız bunlardır: Ramal Aslanov (71 kq - Low Kick versiyası), Əsgər Rəhimov (57 kq - K1 qaydaları üzrə), Elxan Əliyev (71 kq - K1), Bəhram Rəcəbzadə (+91 kq - K1). Ruslan Musayev (63.5 kq - Low Kick), Anar Məmmədov (54 kq - K1) və Fatma Nehir Rəcəbzadə (48 kq - Low Kick) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, bir gün əvvəl keçirilmiş veteranların mükafatlandırılmasında iki azərbaycanlı məşqçi də medal qazanıb. Telman Məhərrəmov gümüş və Hikmət Hacıyev bürünc medalı muzeyinə aparıb.

12.49

Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilir.

Oxu.Az xəbər verir ki, oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.

Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin veteran idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayıb. Bu üzdən ona dünən gümüş medal təqdim edilib.

Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.

Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur AlıyevAydın Ağabəyov hakim qismində təmsil edir.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri