21 
Okt
2018
15:52
33
133
9324
Virtual karabakh

Bakıda futbol matçında ara qarışdı, meydana polis girdi - FOTO

21 Okt, 2018
15:52
9324

Bakıda futbol matçında ara qarışdı, meydana polis girdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Region Liqasında hazırda davam edən “FC Baku” - “Şahdağ” qarşılaşmasının birinci hissəsində aləm qarışıb. 

Oxu.Az xəbər verir ki, hakimin qərarına etiraz edən “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib. 

Elə bu məqamda “FC Baku” azarkeşləri ilə "Şahdağ"ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını “Şahdağ”ın futbolçuları “həzm edə” bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. 

Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri