21 
Okt
2018
18:19
82
242
12412
Virtual karabakh

“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək

21 Okt, 2018
18:19
12412

“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi oktyabrın 28-də keçiriləcək Madridin “Real” komandasına qarşı oyunda iştirak edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Argentinalı İspaniya çempionatı çərçivəsində “Sevilya” komandasına qarşı oyunda zədələnib. Həkimlər Messinin üç həftədən sonra yaşıl meydanlara qayıdacağını proqnozlaşdırırlar.

Beləliklə, Messi ən azı “Barselona”nın altı görüşünü buraxmalı olacaq, o cümlədən “El-Klassiko” kimi tanınan “Real”a qarşı oyunu.

Bununla da, “Barselona”  və “Real” matçı 11 ildə ilk dəfə Lionel Messi və Kriştianu Ronaldusuz keçəcək. Portuqaliyalı 2018-ci ilin yayında Turinin “Yuventus” klubuna transfer edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri