22 
Okt
2018
15:46
32
192
8265
Virtual karabakh

Eduard Məmmədov Avropa çempionatında uğursuz çıxışından danışdı

22 Okt, 2018
15:46
8265

Eduard Məmmədov Avropa çempionatında uğursuz çıxışından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın məşhur kikboksçularından olan Eduard Məmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş həvəskarlar arasında Avropa çempionatında uğursuz çıxış etməsindən danışıb.

Həmin yarışda 63 kq çəki dərəcəsində “Kick Light” versiyası üzrə döyüşən Məmmədov Oxu.Az-a açıqlamasında bunu daha çox zədəsinin olması ilə əlaqələndirib:

“Döyüşə getməzdən əvvəl zədəm vardı. MRT-dən də keçmişdim. Ən çox zərbələri sol ayağımla vururam. Məhz bu ayağımın altı “yeyilib”. Avropa çempionatına gedəndə bu zədə ilə döyüşə biləcəyimi güman edirdim. Tərslikdən ilk görüşümdə son dünya çempionu olmuş fransalı Enzo Bonio ilə düşdüm. Elə o da Avropa çempionu oldu.

Heç vaxt məğlub olanda hakimlikdən şikayət etməyi xoşlamamışam. Amma bu dəfə vurduğum zərbələrin çoxu sayılmırdı. Sonda hakimlərdən biri qələbəni mənə versə də, ikisi rəqibin qalib gəldiyinə qərar verdi. Həmin idmançının ən çətin oyunu elə mənimlə oldu. Sonrakı döyüşlərdə aşkar şəkildə rəqiblərinə qalib gəldi”.

Bununla belə, Eduard Məmmədov Avropa çempionatından sevinclə qayıtdığını bildirib. Buna səbəb onun tələbələrindən birinin medalla qayıtmasıdır:

“Sevindirici hal oldu ki, tələbələrimdən biri olan Anar Məmmədov bürünc medal qazandı. O, 54 kq-da K1 qaydaları üzrə döyüşürdü. Yeri gəlmişkən, yaxınlarda yeniyetmələrin dünya çempionatında da tələbəm Amin Quliyev qalib gəlmişdi”.

Eduard Mammedov adlı şəxsin şəkli.

Qeyd edək ki, bu yarışda Azərbaycanın yeddi idmançısı (dörd gümüş və üç bürünc medal) və iki veteranı (bir gümüş və bir bürünc medal) medalla Bakıya qayıdıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri