22 
Okt
2018
21:55
58
415
8252
Virtual karabakh

Güləşçimiz DÇ-də gümüş medalla kifayətləndi - FOTO/VİDEO

22 Okt, 2018
21:55
8252

Güləşçimiz DÇ-də gümüş medalla kifayətləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında (DÇ) Azərbaycanın ilk medalının əyarı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Cəbrayıl Həsənov ilk dəfə mübarizə apardığı dünya çempionatının finalında amerikalı Kayl Duqlas Deyklə üz-üzə gəlib.

Lakin ikiqat Avropa çempionu, ikiqat dünya üçüncüsü olan idmançımız tapşırığın öhdəsindən gələ bilməyib. O, rəqibinə 0:2 uduzaraq gümüş medalla kifayətlənib.

United World Wrestling adlı şəxsin şəkli.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri