23 
Okt
2018
17:10
26
133
6271
Virtual karabakh

Məhərrəmov: Fikrim dağıldı, rəqib isə qadağan olunmuş zərbə vurdu - FOTO

23 Okt, 2018
17:10
6271

Məhərrəmov: Fikrim dağıldı, rəqib isə qadağan olunmuş zərbə vurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bratislavada keçirilən kikboks üzrə Avropa çempionatında gümüş medal qazanan və dünən vətənə dönən kikboks üzrə Azərbaycan yığmasının məşqçisi Telman Məhərrəmov Oxu.Az-a açıqlamasında finalda uduzması haqqında danışıb. 

Məhərrəmovun sözlərinə görə, Azərbaycan yığması Bratislavaya güclü heyətlə yollanıb. 

“Vətənə doqquz medalla qayıtmağı bacardıq. Bu, yaxşı nəticədir, ancaq daha yaxşı da ola bilərdi. İdmançılarımızın çoxunun bəxti gətirmədi. Bəziləri püşkatmada, bəziləri zədədə, digərləri isə hakim qərarlarında uğursuzluqla qarşılaşdı. Ancaq buna baxmayaraq, uşaqlar sona qədər vuruşdu”, - məşqçi deyib. 

O əlavə edib ki, Azərbaycan yığmasının təlim-məşq toplanışı zamanı məşqçilər özləri hazırlaşa bilmirdilər. Onlar yalnız öz yetirmələri haqqında düşünürdülər. Öz görüşləri haqqında danışan idmançı deyib ki, ilk görüşlər çox asan olub.

“Yarımfinalda mən Bolqarıstandan olan güclü idmançı ilə qarşılaşdım. Çəkim 88 kq olsa da, 94 kq-lıq kateqoriyada döyüşürdüm. 

Birinci hissədən sonra başa düşdüm ki, ona qalib gələ bilərəm. Ancaq ikinci raunda çıxanda qonşu rinqə yetirməm Turan dəvət olundu. Bildim ki, onun rəqibi Bosniya və Herseqovinadan olan hazırkı dünya çempionudur və onun yanında olmaq, onu dəstəkləmək istədim. 

Döyüş davam edirdi. Rəqibim məni əzirdi. O başa düşdü ki, hər saniyə fikrim dağılır və qonşu rinqə baxıram. Buna baxmayaraq, mən öz xallarımı qazanırdım. Ancaq növbəti dəfə fikrim dağılan kimi, rəqib mənim ayağıma qadağan olunmuş zərbə vurdu. Sağ ayağımı hiss etmirdim. 

Bununla belə, mən döyüşü başa çatdıra bildim. Ancaq döyüşdən sonra həkim mənim final qarşılaşmasında iştirak edə bilməyəcəyimi dedi. Bu, çox üzücü idi”, – Məhərrəmov bildirib. 

Müsahibimizin sözlərinə görə, qadağan olunmuş zərbə səbəbindən hakimlər bolqar idmançıya vərəqə göstərdi. 

“Amma nə olsun? O, məni zədələdi və bu zədə məni çempionluqdan etdi”, – idmançı qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri