24 
Okt
2018
14:50
221
24
2778
Virtual karabakh

“Vorskla” erməni futbolçusunu Bakıya gətirmədi

24 Okt, 2018
14:50
2778

“Vorskla” erməni futbolçusunu Bakıya gətirmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Vorskla” klubu Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, Poltava təmsilçisi Bakıya 22 futbolçu ilə təşrif buyurub.

“Vorskla”nın erməni yarımmüdafiəçisi Qeqam Kadimyanı Bakı səfərinə götürməyib. Onun zədəli olduğu üçün səfərə götürülmədiyi açıqlanıb:

Qapıçılar: Boqdan Şust, Aleksandr Tkaçenko;

Müdafiəçilər: Aleksandr Çijov, Ardin Dalku, Yevgeni Martınenko, Andro Qiorqadze, Vladimir Çesnakov, Vadim Sapay, İqor Perduta, Artur, Taras Sakov;

Yarımmüdafiəçilər: Aleksandr Sklyar, Vyaçeslav Şarpar, Artyom Qabelok, Nacip Yakubu, Pavel Rebyonok, Maryan Mısık, Vladimir Odaryuk;

Hücumçular: Vladislav Kulaç, Yuri Kolomoyets, Mixail Sergeyçuk, Nikolas Kareka.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” ilə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Oyuna saat 20:55-də start veriləcək.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri