25 
Okt
2018
09:19
104
37
4309
Virtual karabakh

“Qarabağ” Avroliqada növbəti oyununa çıxır

25 Okt, 2018
09:19
4309

“Qarabağ” Avroliqada növbəti oyununa çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, “E” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:55-də səslənəcək.

Bu qrupun digər oyununda İngiltərənin “Arsenal” komandası Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” ilk iki turda məğlub olublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri