Noy
2018
13:42
55
26
3466
Virtual karabakh

Tərlan Əhmədov “Neftçi”dən də xal ala biləcəkmi? - PREVYU

3 Noy, 2018
13:42
3466

Tərlan Əhmədov “Neftçi”dən də xal ala biləcəkmi? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günü iki matç keçiriləcək.

Turnir cədvəlinin lideri “Neftçi” autsayderlərdən olan “Keşlə” ilə səfər matçına çıxacaq. Rəqib artıq yeni baş məşqçi Tərlan Əhmədovun ilk matçında “Qarabağ”dan xal almağı bacarıb. Buna görə “Keşlə”nin “Neftçi” ilə oyunu maraqla gözlənilir. Xal alsa, Premyer Liqaya intriqa yenidən qayıdacaq.

O cümlədən, bu matçı Tərlan Əhmədov üçün prinsipial edən məqam onun əvvəlki komandasının məhz “Neftçi” olmasıdır. “Neftçi”nin yeni rəhbərliyi mayda onunla başa çatan müqaviləni yeniləməyə maraq göstərməyib.

Günün ikinci matçında isə “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. Ardıcıl dörd matçda (iki Avropa Liqası, iki Premyer Liqa oyunu) qələbə üzünə həsrət qalan Ağdam təmsilçisi bu uğursuz sindromu qırmaq və psixoloji durumu qaydasına salmaq üçün mütləq qələbə qazanmalıdır. Bu matç həm də “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionuna qayıdışının rəsmiləşdiyi görüş kimi tarixə düşəcək.

Sabah “Zirə” də öz ev matçını ilk dəfə “Neftçi”nin çıxış etdiyi “Bakcell Arena”da keçirəcək. Buna səbəb qəsəbə komandasının son vaxtlar ev oyunlarını keçirdiyi Mərdəkandakı “Dalğa Arena”nın təmirə bağlanmasıdır. Həmçinin “Səbail”lə görüş prinsipial xarakter daşıyacaq. Çünki “Bayıl Arena”da keçirilmiş ilk görüş 1:1 başa çatsa da, 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu “Zirə”nin protokoluna daxil edilmədiyi üçün “qartallar”a texniki məğlubiyyət verilmişdi.

Son iki turdur özünə gəlməyə başlayan “Qəbələ” isə çempionatın sürpriz debütantı “Sabah”a ilk məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışacaq.

3 noyabr

17:00 “Keşlə” – “Neftçi”
Baş hakim: Rauf Cabbarov
“ASK Arena”
İlk dövrə - 0:2

19:00 “Qarabağ” – “Sumqayıt”
Baş hakim: Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk dövrə - 1:0

4 noyabr

17:00 “Qəbələ” – “Sabah”
Baş hakim: Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
İlk dövrə – 0:1

19:00 “Zirə” – “Səbail”
Baş hakim: Rəhim Həsənov
“Bakcell Arena”
İlk dövrə – 0:3

Turnir cədvəli

1. “Neftçi” 22

2. “Qarabağ” 17

3. “Səbail” 16

4. “Sabah” 16

5. “Sumqayıt” 11

6. “Qəbələ” 9

7. “Keşlə” 6

8. “Zirə” 4

Bombardirlər: Marko Deviç (“Sabah”), Baqaliy Dabo (“Neftçi”) – 5 qol, İnosent Emeqara (“Qarabağ”) – 4 qol.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri