Noy
2018
15:25
21
357
23987
Virtual karabakh

Yeddiqat dünya çempionu nokautla öldü - VİDEO

5 Noy, 2018
15:25
23987

Yeddiqat dünya çempionu nokautla öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtalyan boksçu Kristian Daqio tailandlı Don Parueanqla döyüş zamanı başından aldığı zərbələr nəticəsində ölüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Boxing Scene” portalı məlumat yayıb. 

Oktyabrın 26-da Dünya Boks Şurasının (WBC) Tailandın Ranqsit şəhərində təşkil etdiyi yarışda 49 yaşlı Daqio və Parueanq görüşüb. Qarşılaşmanın 12-ci raundunda tailandlı rəqibini nokauta göndərib və qələbə qazanıb. 

Hakim dərhal həkimləri rinqə dəvət edib. İtaliyalı boksçu xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib. 

Xatırladaq ki, Daqio boks üzrə yeddiqat dünya çempionu olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri