Noy
2018
20:37
416
61
13998
Virtual karabakh

Nurməhəmmədova ali mükafat təqdim olundu

6 Noy, 2018
20:37
13998

Nurməhəmmədova ali mükafat təqdim olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanın ali mükafatına layiq görülüb. 

Oxu.Az xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin sərəncamı ilə H. Nurməhəmmədova “Dağıstan Respublikası qarşısında xidmətlərə görə” ordeni verilib. 

Onun məşqçisi və atası Abdulmanap Nurməhəmmədov isə “Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. 

Mükafatların təqdimat mərasimində çıxış edən H. Nurməhəmmədov bildirib ki, sonuncu dəfə medal 2011-ci ildə Dünya kubokunda qazanıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri