Noy
2018
23:29
201
95
5062
Virtual karabakh

Ermənini yenmiş idmançımız dünya çempionatında medal qazandı - FOTO

9 Noy, 2018
23:29
5062

Ermənini yenmiş idmançımız dünya çempionatında medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, 68 kq çəki dərəcəsində mübarizə aparan “Sərhədçi” İdman Klubunun üzvü Emil Həsənov finalda Qazaxıstan idmançısı Nurbol Serikova uduzaraq gümüş medal qazanıb.

Onu da bildirək ki, Emil Həsənov ikinci görüşündə Ermənistan samboçusu Rafik Manukyanı yenib. Daha bir idmançımız Ağasif Səmədov (52 kq) isə medalsız qalıb. 

Qeyd edək ki, bu dünya çempionatında Azərbaycan yeddi samboçu ilə təmsil olunur. Bunlardan altı idmançımız sambo güləşində gücünü sınayır. Tanınmış samboçumuz Bəxtiyar Abbasov isə döyüş sambosunda çıxış edəcək. Dünya çempionatı noyabrın 11-də başa çatacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri