11 
Noy
2018
01:37
265
29
2589
Virtual karabakh

Azərbaycan parakarateçisi DÇ-də “gümüş” qazandı - FOTO

Parakarate üzrə Azərbaycan milli komandasının yeganə üzvü Sahib Əhədov dünya çempionatının gümüş mükafatını qazanıb. 

Oxu.Az xəbər verir ki, o, həlledici görüşdə Yasushi Obadan (Yaponiya) 0,9 xal geri qalıb. İlk mərhələdə 40,5 xal toplayaraq finala yüksələn idmançımız həlledici görüşdə 43,7 xal toplayıb. 

Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.

Xatırladaq ki, iki il əvvəl Avstriyanın Lints şəhərində keçirilmiş XXIII dünya çempionatında Sahib Əhədov IV yeri tutmuşdu.

Qeyd edək ki, karate üzrə dünya çempionatında Azərbaycan daha iki medal qazanıb. Belə ki, İrina Zaretskaya ilk dəfə dünya çempionatının qızıl, Rafael Ağayev isə bürünc medalını əldə edib.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri