15 
Noy
2018
10:43
118
20
2554
Virtual karabakh

Güləşçilərimiz dünya çempionatından üç medalla qayıdır - FOTO

15 Noy, 2018
10:43
2554

Güləşçilərimiz dünya çempionatından üç medalla qayıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin (U-23) dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, 60 kq-da çıxış edən Murad Məmmədov yaponiyalı Kenitiro Fumitaya 1:10, 67 kq-da mübarizə aparan Kərim Cəfərov misirli Məhəmməd İbrahim Əlseyidə 0:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətləniblər.

Bürünc medal uğrunda görüşdə isə Orxan Nuriyev (97 kq) iranlı Əli Əkbər Heydəri ilə 3:3 etsə də, qələbə cənub qonşumuzun təmsilçisinə verilib.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatını üç medalla (iki gümüş və bir bürünc) başa vurub. Bundan öncə İslam Abbasovun (87 kq) dünya üçüncüsü olduğunu xatırladaq.

Ötən gün isə qadınların mübarizəsinə start verilib. Yığmamızın dörd üzvündən ikisi xalça üzərinə çıxıb.

Türkan Nəsirova (50 kq) 1/8 finalda rusiyalı rəqibinə uduzub. Səbirə Əliyeva (76 kq) mundiala inamlı başlayıb.

Güləşçimiz təsnifat mərhələsində cəmi 38 saniyəyə ukraynalı idmançıya tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə Kanada təmsilçisi Əliyeva üzərində eyni formada qələbə qazanıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri