16 
Noy
2018
01:44
233
27
10145
Virtual karabakh

Xorvatiya İspaniyanı məğlub etdi - VİDEO

16 Noy, 2018
01:44
10145

Xorvatiya İspaniyanı məğlub etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasında V turun oyunları keçirilib. 

Oxu.Az xəbər verir ki, A liqasının qalibi olmaq şansı qalmayan Xorvatiya öz meydanında qrup lideri İspaniya millisi ilə qarşılaşıb. 

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın qalibi Xorvatiya olub. İlk matçda 0:6 hesabı ilə darmadağın olunmuş dünya ikincisi Xorvatiya bu dəfə ispanlardan qisas alıb. Xorvatlar görüşün başa çatmasına bir dəqiqə qalmış qələbə qolunu vuraraq son turda intriqanın qalmasına şərait yaradıb. Bu matçda xorvatlardan Tin Yedvay, ispanlardan Dani Sebalyos millidə ilk qolunu vurublar. Noyabrın 18-də keçiriləcək son turda İngiltərə Xorvatiyanı yensə, qrup qalibi olacaq.

A liqasının digər matçında qrup lideri Belçika "Qarabağ"ın qapıçısı Hanes Haldoursonun şərəfini qoruduğu autsayder İslandiyanı 2:0 hesabı ilə məğlub edib. 

Belçika – İslandiya 2:0

Xorvatiya – İspaniya 3:2
Avstriya – Bosniya və Herseqovina 0:0
Yunanıstan – Finlandiya 1:0
Macarıstan – Estoniya 2:0
Qazaxıstan – Latviya 1:1

Andorra – Gürcüstan 1:1

Lüksemburq – Belarus 0:2

San Marino – Moldova 0:1

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri