17 
Noy
2018
14:01
217
19
2727
Virtual karabakh

Paracüdoçularımız dünya çempionatının ilk günündə dörd medal qazandı - FOTO

17 Noy, 2018
14:01
2727

Paracüdoçularımız dünya çempionatının ilk günündə dörd medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Portuqaliyanın Odivelaş şəhərində Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, milli komandamızın 60 kq-da çıxış edən iki cüdoçusu Vüqar Şirinli (B3) və Orxan Qarayev (B2) isə III yer uğrunda tatamidə qarşılaşıblar.

Bu ilin əvvəlinədək “sağlamlar”da çıxış etmiş Şirinli qalib gələrək bürünc medala sahib olub.

IBSA Judo adlı şəxsin şəkli.

B2 görmə qabiliyyətinə məxsus olan Bayram Mustafayev (-66 kq) əlcəzairli rəqibi Sid Ali Lamrini (B3) ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

IBSA Judo adlı şəxsin şəkli.

Sonuncu Paralimpiya Oyunlarının qalibi, dünya, ikiqat Avropa çempionu, IV İslam Həmrəylik Oyunlarının qızıl mükafatçısı Ramil Qasımov (-73 kq) B3 görmə qabiliyyətinə məxsus olsa da, yarımfinalda B1 kateqoriyalı olan koreyalı rəqibinə uduzub. Lakin məşhur idmançımız bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Baçuki Şelianı (B2) məğlub edərək mükafat qazana bilib.

IBSA Judo adlı şəxsin şəkli.

Qadınların final mübarizəsində isə Şahanə Hacıyeva (-48 kq) koreyalı Suhi Çoiyə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

IBSA Judo adlı şəxsin şəkli.

Qeyd edək ki, 43 ölkədən 268 idmançı bu yarışda mübarizə aparır. Millimiz fərdi yarışlarda 14 idmançı ilə təmsil olunur. Bu gün fərdi yarışlara yekun vurulacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri