19 
Noy
2018
18:11
314
56
15894
Virtual karabakh

Rauf Məmmədov: Arzuma çatdım

19 Noy, 2018
18:11
15894

Rauf Məmmədov: Arzuma çatdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov noyabrın 17-də ukraynalı şahmatçı, qızlar arasında dünya çempionu Natalya Buksa ilə ailə həyatı qurub.

Oxu.Az tanınmış şahmatçımızı toyu münasibəti ilə təbrik edib, ondan ailə həyatı ilə bağlı açıqlama alıb.

İdmançı subaylıq həyatı ilə vidalaşmağın çətin olmadığını söyləyib:

“Bu, çətin olmadı, Natalya gözəl xanım və əla şahmatçıdır”, - deyə o qeyd edib.

Adətən, kişilər öz həmkarlarını həyat yoldaşı kimi seçmək istəmirlər. Raufun bu barədə düşüncələrini öyrənmək istədik. Rauf Məmmədov hər zaman bir şahmatçı xanımla evlənmək istəyində olduğunu və nəhayət, arzusuna çatdığını bildirib. O, xanımı ilə rapid üzrə dünya turnirində yarışıb, heç-heçə nəticə göstərdiklərini də əlavə edib.

Ailə həyatının kişini daha diqqətli və məsuliyyətli etdiyini söyləyən azərbaycanlı şahmatçı  xanımının Azərbaycanın deyil, Ukraynanın milli komandasını təmsil edəcəyini vurğulayıb:

“Gələcəkdə nələr olacaq, demək çətindir. Amma bu məsələdə bizim evdə demokratiya hökm sürür. Mən xanımımın seçiminə hörmətlə yanaşıram”, - deyə Rauf Məmmədov bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri