Dek
2018
11:11
213
17
4436
Virtual karabakh

Şəhriyar Məmmədyarov dünya reytinqində

1 Dek, 2018
11:11
4436

Şəhriyar Məmmədyarov dünya reytinqində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, kişi şahmatçıların ilk yüzlüyündə Azərbaycanın altı qrossmeysteri yer alıb. 

Şəhriyar Məmmədyarov 2817 xalla III pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla II yerdədir.

Teymur Rəcəbov 2757 xalla XIV və Arkadi Naydiç 2736 xalla XX sıradadır. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

Qadınların ilk ən güclü yüz şahmatçısı siyahısında Azərbaycanın üç təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47-ci pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri