Dek
2018
01:46
156
117
20400
Virtual karabakh

“Qızıl top”un sahibi məlum oldu

4 Dek, 2018
01:46
20400

“Qızıl top”un sahibi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.

Modriç mükafata əsas namizədlər olan Kriştianu Ronaldu, Antuan QrizmannKilian Mbappeni geridə qoyub.

Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri