Dek
2018
12:31
314
30
7836
Virtual karabakh

Zabit Səmədov karyerasını başa vurur

4 Dek, 2018
12:31
7836

Zabit Səmədov karyerasını başa vurur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Zabit Səmədov karyerasını başa vurduğunu açıqlayıb. 

Oxu.Az xəbər verir ki, dekabrın 2-də “Akhmat Fight Show” çərçivəsində azərbaycanlı “Mauqli” Yevqeni Orlovu nokauta göndərib.

Döyüşdən sonra o, “Belarus 5” telekanalına müsahibə verərkən karyerasını başa vuracağını bildirib. 

“Son zamanlar mənim başqa məqsədlərim yaranıb. Bu, çox maraqlı idi, ancaq indi həyatım dəyişib. Mən Azərbaycandan öz klubumu yaradacam. Orada peşəkar məşqçilər işləyəcək, döyüşçülər isə klubumun adından çıxış edəcəklər. Mən menecer işi ilə məşğul olacam və öz brendimi inkişaf etdirəcəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirəcəm və karyeramı başa vuracam”, - Z.Səmədov deyib.

R.D.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri