Dek
2018
17:40
134
135
7777
Virtual karabakh

Lyubov Çerkaşina: Azərbaycan dünyanı heyran qoymaq üçün hər şeyi etdi

4 Dek, 2018
17:40
7777

Lyubov Çerkaşina: Azərbaycan dünyanı heyran qoymaq üçün hər şeyi etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonda keçirilən Olimpiya oyunlarının bürünc medalçısı, dünya çempionatının yeddi qat mükafatçısı və iki qat Avropa çempionu, tanınmış Belarus gimnastı, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Lyubov Çerkaşina Oxu.Az-a eksklüziv müsahibəsində Bakı səfəri, eləcə də, Azərbaycan paytaxtında təşkil olunan Avropa oyunları-2015 haqqında təəssüratlarından danışıb. 

- Bakıya xoş gəlmişsiniz. Şəhər xoşunuza gəlir?

- Təəssüratların çox gözəldir. Bu, Bakıya ilk gəlişim deyil. İlk dəfə bura 2003-cü ildə gəlmişəm. Onda Bakı başqa, amma gözəl idi. İndi bura daha müasirdir, ancaq xoşbəxtlikdən öz koloritini itirməyib. Sevindirici haldır ki, yüksək göydələnlər arasında Bakı küçələrini, İçərişəhəri gəzmək xoşdur. 

- Azərbaycan paytaxtı sizi nə ilə heyrətləndirdi?

- Yenilənmə sürəti ilə... Bilmirəm, azərbaycanlılar özləri bu dəyişikliklərə uyğunlaşa bilirlərmi (gülür). Ancaq bu, sizin ölkənizin inkişafını və vəziyyətini göstərir. 

- Siz Beynəlxalq Gimnastika Federasiyasının (FIG) konqresində iştirak etmisiniz. Tədbir haqqında nə düşünürsünüz?

- Mənim üçün bu, FIG-in ilk konqresi idi, ona görə də daha çox baxmaq, müşahidə etmək və qulaq asmağa üstünlük verdim. Məhz belə tədbirlərdə idmanın bu növünü inkişaf etdirmək üçün vacib qərarlar qəbul edilir. 

- Bir il əvvəl Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika Birliyinin (UEG) prezidenti seçilib. Hər hansı dəyişikliklər müşahidə edirsiniz?

- Bilirsiniz, hər hansı dəyişikliklərdən danışmaq çətindir. UEG güclü təşkilatdır. Avropa dünya gimnastikasının lokomotivi hesab edilir. Fərid Qayıbovun işi çətindir, ancaq o, əməksevərdir və çətin vəziyyətlərdən çıxış yolları tapır. Əminəm ki, o, sponsor müqavilələri bağlamaqla təşkilata daha çox maliyyələr gətirəcək. 

- Azərbaycan gimnastikası haqqında nə deyə bilərsiniz?

- Hər şeyin necə başladığını xatırlayıram. Sevindirici haldır ki, Azərbaycanda gimnastika strukturlaşdırılıb. AGF-nin saytında Azərbaycandan məşqçilər üçün treninq və seminarlar tapmaq olur, burada beynəlxalq turnirlər keçirilir.

Bilirsiniz, gimnastların idman həyatı çox qısadır və çox vacibdir ki, qısa müddət ərzində ölkəni təmsil etmək üçün idmançılar hazırlansın. Azərbaycan bir müddət legionerlərin köməyindən istifadə etdi və bu, Azərbaycanda gimnastikanın inkişafına səbəb oldu. Düşünürəm ki, Azərbaycan addım-addım bu idman növünün elitasına doğru irəliləyir. 

- Legionerlərimiz olub, ancaq indi gimnastların yeni nəsli yetişir. Siz onların çıxışlarını gördünüz, nə deyə bilərsiniz?

- Mənə öz ölkəm olsa belə, Belarus idmançılarına qiymət vermək çətindir. Bilirəm ki, böyük idman belədir. Bu gün sən çempionsan, sabah isə zədə sənin bütün karyeranı məhv edə bilər. Mənə elə gəlir ki, bu idman növündə rezerv hazırlamaq lazımdır. Əgər 15 insandan 10 ildən sonra bir peşəkar idmançı yetişsə, bu, uğurdur. Dövlət və digər sponsorlardan dəstək də vacibdir. 

- Belarusda bununla bağlı işlər nə yerdədir?

- Biz plana uyğun hərəkət edirik. Bizdə yaxşı şərtlər var, dövlət idmanı dəstəkləyir. Gimnastikaya gəlincə isə, bizim məşqlər üçün möhtəşəm sarayımız var. Sarayda şərait o qədər rahatdır ki, biz bəzən oradan çıxmaq istəmirik. 

- Gimnastika üçün dövlət dəstəyi nə dərəcədə vacibdir?

- Bunun idman, təhsil və ya biznes olması vacib deyil, həmişə dəstəyə ehtiyac var. Əgər dəstək düzgün bölünmürsə, onlardan biri inkişafdan qalacaq. Şəxsi idmanlardan danışırıqsa, bunu etmək çətindir. Buna görə dövlət dəstəyi çox vacibdir. 

- Nəyə görə gimnastikanı futbol və ya basketbol kimi biznesə çevirmək mümkün deyil?

- İdmanın hər hansı növünü futbol və ya basketbola çevirmək çətindir. Basketbolçuların nə qədər qazandığını ana dilimdə deməyə çətinlik çəkirəm. Başa düşürəm ki, gimnastika idmanın fərdi növüdür, ancaq indi o, kütləvi olub. Mən gündəlik həyatda, fitnesdə gimnastika təzahürlərini görürəm. İdmanın futbol, basketbol və ya voleybol kimi növündəki idmançılar məşqlərə gimnastikadan başlayırlar. 

- Növbəti ildə Minskdə İkinci Avropa Oyunları keçiriləcək. Dörd il əvvəl bu yarış Bakıda keçirilirdi. Siz oyunlar zamanı burada olmusunuz?

- Bəli. Mən heyran olmuşdum. Təşkilatçılıqdan tutmuş ən müasir əyləncəli proqramlara kimi hər şey, o cümlədən vətəndaşlarınızın nəhəng turnirləri qəbul etməyə hazır olmaları çox xoşuma gəldi. İdman birləşdirməyi bacarır. 

- Belarusun Avropa Oyunlarına hazırlığı barədə nə düşünürsünüz? 

- İnanıram ki, hər şey yaxşı olacaq. Bəli, çətin olacaq, ancaq biz ürəyimizi qoyacağıq, sonra isə maliyyə vəziyyətindən danışmağa dəyər. Mən dəqiq deyə bilərəm ki, idmanda işləyən şəxslər işlərinin fanatıdır. Bədii gimnastikada isə ümumiyyətlə, hamısı fanatdır (gülür). 

Mən bəzən 10 saat gimnastika zalında oturmağımın səbəbini tapa bilmirəm, hətta reqlamentə görə mən bunu etməməliyəm. Bizim gözəl infrastrukturumuz və yaxşı nəticə göstərən idmançılarımız var. Azarkeşlər də zalları dolduracaq və iştirakçıları dəstəkləyəcək. Məhz bu, idmanın əsl simasıdır. 

Mən Minskdə keçiriləcək oyunları Bakıdakı ilə müqayisə etmək istəyirəm. Müxtəlif ölkələr, müxtəlif mədəniyyətlə, bəzi məqamlara müxtəlif baxışlar və əlbəttə ki, müxtəlif maliyyələşmə mövcuddur. Biz Bakını təkrarlamaq istəmirik. Azərbaycan dünyanı heyran buraxmaq üçün hər şeyi etdi. Biz də dünyanı heyran etmək istəyirik”.

R.D.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri