Dek
2018
17:33
49
108
5467
Virtual karabakh

“Qarabağ” və “Neftçi”nin baş məşqçiləri dünya reytinqində

4 Dek, 2018
17:33
5467

“Qarabağ” və “Neftçi”nin baş məşqçiləri dünya reytinqində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol məşqçilərinin dünya reytinqi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, hər həftə yenilənən reytinqin bu gün dərc olunan cədvəlində Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Siyahıya daxil edilən yeganə azərbaycanlı məşqçi Qurban Qurbanov 1073 xalla 452-cidir.

Milli komandanın və “Qarabağ”ın çalışdırıcısı son bir həftədə üç pillə irəliləyib. 46 yaşlı mütəxəssisin əmsalı isə dəyişməz qalıb.

“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin də “Top-1000”dədiRr. 123 xala malik mütəxəssis 968-ci yerdə qərarlaşıb. O, son həftədə səkkiz pillə irəliləyib. Bordin siyahıda yer alan italyan baş məşqçilər arasında ən sonda olanıdır.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 160 xal.

S.M.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri