Dek
2018
13:51
47
116
6174
Virtual karabakh

Nurməhəmmədov: Qadınlara əla məsləhətim var - VİDEO

6 Dek, 2018
13:51
6174

Nurməhəmmədov: Qadınlara əla məsləhətim var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

Oxu.az Lenta.ru-ya istinadən bildirir ki, idmançının azarkeşlərlə görüşünün olduğu video “REDFURYMMA” “YouTube” kanalında paylaşılıb.

“Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha – həmişə ərinizi döyün. Onu möhkəm döyün”, - deyə H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.

Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri