Dek
2018
14:55
89
18
5548
Virtual karabakh

Millimizin futbolçusu: Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm

6 Dek, 2018
14:55
5548

Millimizin futbolçusu: Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinah müdafiəçisi Anton Krivotsyuk “Neftçi”nin rəsmi saytına müsahibə verib. 

Oxu.Az xəbər verir ki, “Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan 21 yaşadək millimizin futbolçusu Yeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.

– “Sumqayıt”la oyuna hazırlıq necə keçir?

– Digər oyunlara olduğu kimi, “Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

– Artıq qış çempionusunuz...

– Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

– Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...

– Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

– Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

– Hələlik hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

– Növbəti rəqib “Sumqayıt” haqda nə deyə bilərsiniz?

– Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. “Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

– Yeni ili harada keçirmək istəyirsiniz?

– “Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri