Dek
2018
17:06
21
61
3246
Virtual karabakh

Millimizin elit mərhələdəki rəqibləri bilindi

6 Dek, 2018
17:06
3246

Millimizin elit mərhələdəki rəqibləri bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İsveçrənin Nyon şəhərində Avropanın aşağı yaş qruplarından ibarət milli komandalarının seçmə mərhələlər üçün püşkü atılıb.

Oxu.Az xəbər verir ki, bu püşkatma zamanı elit mərhələyə vəsiqə qazanmış 19 yaşadək millimizin (U-19) rəqibləri də bilinib.

Yığmamız bu mərhələdə İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları 2019-cu il martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

Xatırladaq ki, U-19 Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan seçmə mərhələ oyunlarında İsrail, Gürcüstan və Lixtenşteyn komadalarının yer aldığı qrupda altı xal toplayaraq elit-raunda vəsiqə qazanıb.

Yeri gəlmişkən, U-19-un baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı affa.az-a fikirlərini bildirib:

“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.

Həmçinin bu gün U-17 və U-19 millilərimizin növbəti Avropa çempionatının ilkin seçmə mərhələsi üçün rəqibləri bilinib. Beləliklə, U-17 Almaniya, Yunanıstan və Qazaxıstan komandaları ilə birgə IX qrupda mübarizə aparacaq. Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

U-19 yığmamız isə Çexiya, Norveç və San-Marino komandaları ilə VII qrupda mübarizə aparacaq. Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri