12 
Dek
2018
11:13
48
17
7614
Virtual karabakh

Çempionlar Liqasında gecənin bütün oyunları - VİDEO

12 Dek, 2018
11:13
7614

Çempionlar Liqasında gecənin bütün oyunları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında dörd qrupda oyunlar baş tutub.

Oxu.Az xəbər verir ki, son turun nəticələrinə əsasən, “Borusiya” “Atletiko”nun xal itirməsindən yararlanaraq qrup liderliyini ələ keçirib.

“Totenhem” Kataloniyada xal itirsə də, “İnter”in gözlənilmədən öz meydanında PSV-ni yenə bilməməsindən istifadə edərək adını “pley-off”a yazdırıb.

Son turadək qrup lideri olan “Napoli” isə “Liverpul”a uduzaraq Avroliqaya yollanan növbəti İtaliya klubu olub.

“Qalatasaray” isə uduzsa da, Moskva “Lokomotiv”inin Qelzenkirxen səfərindən üç xalsız qayıtması sayəsində avrokuboklarda mübarizəsini davam etdirəcək. Ancaq bu dəfə Avroliqada.

“Brüqe” (Belçika) – “Atletiko” (İspaniya) 0:0

“Monako” (Fransa) – “Borusiya” (Dortmund, Almaniya) 0:2

“Barselona” (İspaniya) – “Totenhem” (İngiltərə) 1:1

“İnter” (İtaliya) – PSV (Hollandiya) 1:1

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) 1:0

“Srvena Zvezda” (Serbiya) – PSJ (Fransa) 1:4

“Qalatasaray” (Türkiyə) – “Portu” (Portuqaliya) 2:3

“Şalke” (Almaniya) – “Lokomotiv” (Rusiya) 1:0

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri