13 
Dek
2018
13:48
9
83
3489
Virtual karabakh

Məşqçilər Komitəsi milliyə baş məşqçi vəzifəsinə namizədlər təklif edəcək

13 Dek, 2018
13:48
3489

Məşqçilər Komitəsi milliyə baş məşqçi vəzifəsinə namizədlər təklif edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Məşqçilər Komitəsinin yeni tərkibdə ilk görüşü keçirilib.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş katib komitənin yeni üzvləri Şahin DiniyevYaşar Vahabzadəyə fəaliyyətlərində uğurlar arzulayıb. 

Bir sıra aktual mövzular ətrafında müzakirələrin aparıldığı görüşdə Azərbaycan milli komandası və aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı Məşqçilər Komitəsi tərəfindən təklif və tövsiyələrin hazırlanaraq baş katibliyə təqdim edilməsi xahiş olunub. 

Eyni zamanda, qeyd edilib ki, baş məşqçi namizədləri ilə keçiriləcək müsahibə-görüşlərdə Məşqçilər Komitəsi də iştirak edəcək.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 8 dekabr 2018-ci il tarixli iclasında Şahin Diniyev və Yaşar Vahabzadənin Məşqçilər Komitəsinin üzvü təyin olunması barədə qərar qəbul edilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri