13 
Dek
2018
17:08
601
100
14586
Virtual karabakh

Prezident idmançı və məşqçiləri mükafatlandırdı - YENİLƏNİB + FOTO

13 Dek, 2018
17:08
14586

Prezident idmançı və məşqçiləri mükafatlandırdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi siyahıya görə aşağıdakı 25 idman mütəxəssisi və idmançılar evlə təmin olunub:

1. Nazim İsrafilov – atletika üzrə millinin məşqçisi

2. Rəhman Xanlarov – avarçəkmə üzrə millinin baş məşqçisi

3. Emil Məhərrəmov – boksçu

4. Rəhim Allahverdiyev – boks üzrə əməkdar məşqçi

5. Samit Nuruzadə – basketbol üzrə kişilərdən ibarət millinin məşqçisi

6. Abil İbrahimov – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət millinin məşqçisi

7. Eldəniz Əzizli – yunan-Roma güləşçisi

8. Vəfa Bəkərova – gimnastika üzrə millinin məşqçisi

9. Olqa Ansari – həndbol üzrə qadınlardan ibarət millimizin sabiq qapıçısı, idman ustası

10. Elmira Ağakişiyeva – voleybol üzrə veteran idmançı

11. Sənan Həşimov – taekvondo üzrə yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi

12. Məhəmməd Məmmədov – taekvondoçu

13. Yaşar Babayev – futbol üzrə SSRİ-nin əməkdar idman ustası

14. Əli Hacıyev – cüdo və sambo üzrə əməkdar məşqçi

15. İlahə Qasımova – karateçi

16. Ruxi Hüseynov – şaolin idmançısı

17. Babək Əliyev – kunq-fuçu

18. Ramal Aslanov – kikboksçu

19. Nizami Məmmədov – şərq əlbəyaxa döyüş növləri üzrə idmançı

20. Cavidan Qarayev – samboçu

21. Rüstəm Musayev – pauerliftinqçi

22. Gülnar Məmmədova – şahmatçı

23. Vaqif Əliyev – həndbol üzrə beynəlxalq dərəcəli hakim

24. Elşən Hüseynov – Gənclər və İdman Nazirliyində sektor müdiri

25. Yaşar Rzayev – Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi.

16:18

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Nərimanov Elşad Əhməd oğlu, Əliyev Elxan İzzət oğlu və Mircavadov Ağasəlim Seyidəhməd oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan Həşimov İsmayıl Teymur oğlu, Demina Tanziliya Zaxarovna, Məmmədov Yaqub Əkbər oğlu, Məmmədov Vahid Şərafəddin oğlu, Əlimzanov Şamil Əhmədcanoviç, İbrahimov İbrahim Eldar oğlu və İşməmmədova Svetlana Bəşirovna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüblər.

Prezident İlham Əliyev daha bir sərəncamı ilə Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adı verib.

15:26

Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyev bir sıra idman xadimləri və idmançıları ilin yekunları ilə bağlı olaraq mükafatlandırıb.

Oxu.Az xəbər verir ki, mükafatlandırılanlar arasında AFFA Məşqçilər Komitəsinin üzvlərindən olan Ağasəlim Mircavadov da olub.

Ona Prezidentin fərdi təqaüdü ayrılıb. Təqaüd ayrılanlar arasında basketbol üzrə mütəxəssis Elxan Əliyev də olub.

Həmçinin bir neçə idmançıya iki otaqlı ev təqdim olunub. Bunların arasında bu il dünya və Avropa çempionu olmuş yunan-Roma güləşçisi Eldəniz Əzizli də var.

Bundan başqa, bu il kikboksinq üzrə Avropa çempionatının gümüş mükafatçısı olmuş Ramal Aslanov, taekvondoçu Məhəmməd Məmmədov, qadın qroysmeyster şahmatçı Gülnar Məmmədovaya da ev verilib.

Mükafatlandırılanlar arasında Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov da var. Ona fəxri fərman verilib.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri