14 
Dek
2018
01:55
178
122
12214
Virtual karabakh

“Qarabağ” “Arsenal”a uduzub qrup sonuncusu oldu – VİDEO + YENİLƏNİB

14 Dek, 2018
01:55
12214

“Qarabağ” “Arsenal”a uduzub qrup sonuncusu oldu – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Arsenal” - “Qarabağ” oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

E qrupunun digər matçında isə “Sportinq” öz meydanında “Vorskla”ya 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Vorskla” ilə eyni xallara malik olmasına baxmayaraq, “Qarabağ” qrupda sonuncu yer tutub.

00.24

“Arsenal” – “Qarabağ” oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Lakazet “Qarabağ”ın qapısına qol vurub.

23.37

Avropa Liqasının qrup mərhələsinin VI turunun matçında Londonda qarşılaşacaq “Arsenal” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Hannes Halldorsson Ağdam klubunun heyətində yer almayıb, Araz Abdullayev isə ehtiyatda qalıb.

“Arsenal”: 26. Emiliano Martines, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni (k.), 9. Aleksandr Lyakazet, 10. Məsut Özil, 15. Ensli Metlan-Naylz, 25. Karl Jenkinson, 49. Eddi Nketia, 59. Co Uillok, 87. Bukayo Saka

“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri