14 
Dek
2018
02:50
33
507
19960
Virtual karabakh

Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı - FOTO

14 Dek, 2018
02:50
19960

Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb. 

Onun məhz bu dəqiqədə meydana çıxması isə əbəs deyil. Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov dərhal həmin şəxsə etirazını bildirib. Mühafizəçilər isə onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən həmin dəqiqələr efirdə göstərilməyib.

Qeyd edək ki, matçdan sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri